Bu oyun Alonso üçün son sınaq ola bilər
“Real Madrid” Xabi Alonsonun taleyini Superkubokda həll edə bilər.
90plus.az xəbər verir ki, “Real Madrid” rəhbərliyi İspaniya Superkubokunu baş məşqçi Xabi Alonso üçün həlledici sınaq kimi qiymətləndirir. Məlumata görə, turnirdə uğursuz nəticə və ya oyunun keyfiyyəti klub rəhbərliyini qane etməzsə, ispaniyalı mütəxəssislə yolların ayrılması gündəmə gələ bilər.
Diario AS nəşrinin məlumatına əsasən, Superkubok Xabi Alonsonun “Real Madrid”dəki gələcəyi baxımından son test hesab olunur.
Sabah saat 23:00-da Superkubokun yarımfinalında Madrid derbisi baş tutacaq:
“Atletiko Madrid” – “Real Madrid”
Bu qarşılaşmanın qalibi finalda “Barselona” ilə üz-üzə gələcək. Final oyunu 11 yanvar, bazar günü, Ciddə şəhərində keçiriləcək.
© Copyright 2026, All Rights Reserved