Budapeştdə “Qarabağ”a dəstək və ilk 11-lik

UEFA Çempionlar Liqası: “Qarabağ”ın start 11-liyi və Budapeşdə böyük dəstəkdən görüntülər...
90plus.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferensvaroş” - “Qarabağ” oyunu keçiriləcək. Azərbaycan təmsilçisi azarkeşsiz qalmayacaq.
Yüzlərlə azərbaycanlı fanat “Qarabağ”a dəstək məqsədilə Budapeşdədir. Onlar matçdan əvvəl stadion yaxınlığında yürüş keçirərək komandaya motivasiya veriblər. Səhərə olan məlumata görə, 400-dən çox azarkeş bilet əldə edib və oyuna qədər bu sayın artacağı gözlənilir.
Bakı vaxtı ilə matç saat 23:00-da başlanacaq.
“Qarabağ”ın “Ferensvaroş”a qarşı start heyəti (4-2-3-1):
Qapıçı: M. Koxalski (99)
Müdafiəçilər: E. Cəfərquliyev (44), K. Medina (81), B. Mustafazadə (13), M. Silva (2)
Yarımmüdafiəçilər: M. Yankoviç (8), P. Rodriges Bikalyo (35)
Hücumçu yarımmüdafiəçilər: A. Zubir (10), Kadi (20), L. Andrade (15)
Hücumçu: N. Axundzadə (90).
© Copyright 2025, All Rights Reserved