“Budyo Qlimt” nağılına son! “Sportinq” 1/4-də
Nağıl başa çatdı: İlk 1/4 finalçı “Sportinq” oldu.
90plus.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsində möhtəşəm dönüş baş verdi. "Budyo Qlimt" dünya futbolsevərlərinin qəlbini qazansa da, cavab oyununda “Sportinq” qarşısında tab gətirə bilmədi.
Portuqaliya klubu tarixi nəticəyə imza ataraq Mançester Siti, Atletiko Madrid və İnteri məğlub etmiş Budyo Qlimti 5:0 hesabı ilə üstələdi. Bu qələbə ilə “Sportinq” Çempionlar Liqasının cavab oyununda üç və ya daha çox top fərqi ilə geri düşərək qalib gəlməyi bacaran TARİXDƏ cəmi beşinci komanda oldu:
Sportinq 5 - 0 Budyo Qlimt
(Ümumi hesab: 5-3)
Q. İnasio 34’
P. Qonçalves 61’
L. Suares 78’ (p)
M. Arauxo 91’
R. Nel 120+1’
Qollar:
https://t.me/doxsanplus/115428
https://t.me/doxsanplus/115430
“Sportinq” növbəti mərhələdə ya Arsenal, ya da Bayer Leverkusen ilə qarşılaşacaq.
Budyo Qlimt isə Norveç üçün qürur mənbəyi olaraq yadda qalacaq və dünya futbolunda hörmət qazandı. "Təşəkkürlər, Bodø!"
© Copyright 2026, All Rights Reserved