Buffonun oğlu A Seriyasında debüt etdi
Buffonun oğlu İtaliya A seriyasında debüt etdi.
90plus.az xəbər verir ki, İtaliya millisinin əfsanəvi qapıçısı Canluici Buffonun oğlu Luis Tomas Buffon A seriyasında debüt edib.
“Piza”nın 17 yaşlı hücumçusu “Bolonya” ilə səfər oyununda meydana çıxıb. Matçda “Piza” 0:4 hesabı ilə məğlub olsa da, Luis Buffon üçün bu görüş karyerasında önəmli mərhələ olub.
Canluici Buffonun A seriyasında debütündən düz 30 il sonra onun oğlu da eyni liqada ilk oyununa çıxıb. Gənc futbolçu 77-ci dəqiqədə M’Bala Nzolanı əvəzləyib və görüşün son 15 dəqiqəsində oynayıb.
Luis Buffon əsasən cinah hücumçusu kimi çıxış edir, lakin “Bolonya” ilə matçda bir qədər mərkəzə yaxın mövqedə oynayıb.
“Piza” 36-cı dəqiqədə azlıqda qaldıqdan sonra meydan sahibləri üstünlüyü ələ alıb və qolları Nikolo Kambiayi, Nikola Moro, Rikkardo Orsolini və Yens Odqor vurublar.
Luis Buffon 2023-cü ildən “Piza”nın sistemində çıxış edir. O, anası tərəfdən Çexiya yığmasında oynamaq hüququna malikdir və bu ölkənin U-19 millisində 3 oyun keçirib. Bununla belə, o, gələcəkdə İtaliya yığmasında da oynamaq imkanını saxlayır.
© Copyright 2025, All Rights Reserved