“Bundan həzz alacağıq” - Simeone Madrid derbisi haqda

Baş məşqçi Dieqo Simeone “Atletiko Madrid”in Çempionlar Liqasının 1/8 finalında “Real Madrid” ilə keçirəcəyi oyunu dəyərləndirib:
90plus.az xəbər verir ki, Simeone görüşün önəmi və marağı barədə bunları deyib:
”Real Madrid” kimi əla rəqibə böyük hörmətlə yanaşırıq. Əvvəl keçirdiyimiz matçlar heç nəyə təsir etməyəcək. 1/8 finalda bu cür oyunlar Madrid və İspaniya üçün çox yaxşıdır. Biz, görüşlərin iştirakçıları isə bundan həzz alacağıq.
Maraqlı hadisələrin yaşanacağı çox vacib matçlar olacaq. Rəqibə çox hörmət etsək də, baş verə biləcək hər şeyə hazırıq. Bu cür oyunlarda detallar həlledici rol oynayır. “Real Madrid” də, biz də pley-off görüşlərinə hazırıq".
Qeyd: Oyunun afişası:
4 mart saat 00:00 Real - Atletiko
TV: CBC Sport; Okko Sport
📰: Marca
© Copyright 2025, All Rights Reserved