Bundesliqa: “Bayer” və “Dortmund” uddu

Bundesliqada 5-ci tur: “Borussiya Dortmund” zirvəyə yaxınlaşdı, “Bayer” dördüncü pillədə!
90plus.az xəbər verir ki, Almaniya Bundesliqasında 5-ci turun oyunları davam edir.
“Bayer” səfərdə “St Pauli”yə qarşı çətin qələbə qazanıb – 2:1. Leverkuzen təmsilçisinin qollarını Tapsoba (25) və Poku (58) vurub. Meydan sahiblərinin yeganə qoluna isə Vahl (32) imza atıb. Bu nəticə ilə “Bayer” xallarını 8-ə yüksəldərək turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
St Pauli 1-2 Bayer 04
Tapsoba 25'
Vahl 32'
Poku 58'
Digər görüşdə “Borussiya Dortmund” səfərdə “Maynts”ı məğlub edib – 2:0. Qollara Svenson (27) və Adayemi (40) imza atıblar.
Maynts 0-2 Borussiya Dortmund
Svenson 27'
Adayemi 40'
Dortmund təmsilçisi xallarını 13-ə çatdıraraq lider “Bayern Münhen”dən cəmi 2 xal geri qalır.
Xallarını 13-ə yüksəldən “Borussiya Dortmund” lider “Bayern Münhen”dən 2 xal geri qalır.
© Copyright 2025, All Rights Reserved