Bundesliqa: “Borussiya Dortmund” və “Bayern” udmadı
“Borussiya Dortmund”un qeyri-sabitliyi davam edir – “Bayern Münhen” xal itirsə də, zirvədə fərqi qoruyur.
90plus.az xəbər verir ki, Almaniya Bundesliqasının 14-cü turunda diqqətçəkən nəticələrindən biri “Borussiya Dortmund”un səfərdə növbəti xal itkisi oldu. Dortmund klubu son 9 oyunda cəmi 3 qələbə qazanaraq qeyri-sabit çıxışını davam etdirir:
Frayburq 1-1 Borussiya Dortmund
Bensebaini 31'
Lucas Holer 75'
Qollar: https://t.me/doxsanplus/11238
Turnirin autsayderlərindən olan “Maynts”a qarşı oynayan “Bayern Münhen” gözlənilmədən çətinliklə üzləşdi. Gənc futbolçu Lennart Karlın qolu ilə hesabı açan münhenlilər fasiləyə az qalmış bərabərlik topunu buraxdılar.
İkinci hissədə “Maynts” hesabda önə keçsə də, matçın sonlarına yaxın “Bayern” penalti qazandı. Harri Keyn fürsəti boşa vermədi və klub məğlubiyyətdən xilas oldu.
“Bayern Münhen” Bundesliqada ikinci dəfə xal itirdi, amma zirvədə 9 xallıq üstünlük qalır:
Bayern Münhen 2 - 2 Maynts
Lennart Karl 29'
K. Potulski 45+2'
Lee Jae-sung 67'
H. Kane 87' (P)
Qollar:
https://t.me/doxsanplus/112394
https://t.me/doxsanplus/112403
https://t.me/doxsanplus/112406
Harri Keyn hazırda Bundesliqanın bombardiridir – 18 qol. Bu qol həm də onun Bundesliqadakı 80-ci dəqiq zərbəsi oldu.
“Bayern Münhen” bu heç-heçəyə baxmayaraq, zirvədə 9 xallıq üstünlüyünü qoruyub saxlayır.
Vinsent Kompaninin komandası növbəti turda “Haydenhaym” səfərinə yollanacaq.
© Copyright 2026, All Rights Reserved