Bundesliqa klubunun qapıçısı karyerasını bitirir

"Leypsiq"in qapıçısı Peter Qulaçşi karyerasını bu mövsümün sonunda başa vuracaq.
90plus.az xəbər verir ki, əlcək ustası bu qərara 13 gün əvvəl artıq 35 yaşını qeyd edərkən gəldiyini bildirib.
Qulaçşi buna qədər "MK Budapeşt", "Hereford", "Hull Siti", "Liverpul" və "Zalsqburq" komandalarının formasını geyinib. O, 2015-də "Salzqburq"dan "Leypsiq"ə transfer olunmuşdu.
Macarıstan millisinin də əsas qapıçılarında sayılan Qulaçşi 3 dəfə ölkəsində ilin futbolçusu adına layiq görülmüşdü.
© Copyright 2025, All Rights Reserved