“Bürünc medaldan razı deyiləm” Maqomedxan

Paris-2024 Yay Olimpiadasında sonuncu medalımızı - bürüncü əldə edən sərbəst güləşçimiz Maqomedxan Maqomedov təəssüratlarını bölüşüb.
90plus.az xəbər verir ki, 97 kq çəkidə bu uğrura yiyələnən 26 yaşlı idmançımız öz nəticəsindən narazı qaldığını söyləyib:
"Bürünc medaldan razı deyiləm. Çünki daha yaxşı nəticə gözləyirdim".
Maqomedxan Parisə qızıl medal üçün gəldiyini, lakin arzusuna çata bilmədiyini söyləyib: “Tamam başqa nəticələrə köklənmişdik. Təəssüf ki, alınmadı”.
Qeyd: Azərbaycan güləş yığması turniri 3 bürünc medalla başa vurub. Onlardan biri yunan-Roma güləşinin (Həsrət Cəfərov), ikisi isə sərbəst güləşin payına düşür (Giorgi Meşvildişvili və Maqomedxan Maqomedov).
© Copyright 2025, All Rights Reserved