Buz bağlayan dağlarda ürəklər isindən “seyv”: Koxalski nişanlandı!
“Qarabağ”da daha bir toy xəbəri: Mateuş Koxalski nişanlandı!
90plus.az xəbər verir ki, “Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski həyatında yeni və mühüm bir səhifə açır. Ağdam klubunun 24 yaşlı qolkiperi uzun müddətdir birlikdə olduğu sevgilisi Veronikaya evlilik təklifi edib.
Qarlı dağlar qoynunda romantik anlar
Cütlük hazırda istirahət üçün Polşanın məşhur qış kurortu olan Zakopane şəhərindədir. Mateuşun evlilik təklifi məhz burada, qarlı dağ mənzərəsinin fonunda baş tutub. Veronikanın "Hə" cavabından sonra cütlük bu özəl anları "Instagram" hesablarında izləyiciləri ilə bölüşüblər.
Ağ-göy rənglərin sevincini bölüşürlər
Paylaşılan fotolarda Veronikanın barmağındakı nişan üzüyü və cütlüyün xoşbəxtliyi diqqətdən yayınmayıb. “Qarabağ” azarkeşləri də sosial şəbəkələrdə polşalı qapıçıya təbrik mesajları ünvanlayaraq, bu xoş xəbəri sevinclə qarşılayıblar.
© Copyright 2026, All Rights Reserved