CAF prezidenti sükutu pozub Seneqal və Mərakeşi birliyə çağırdı
Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Seneqal və Mərakeş xalqlarına birlik mesajı verdi.
90plus.az xəbər verir ki, CAF rəhbəri Patrice Motsepe Seneqal xalqına dəstək və birlik mesajı göndərib.
O, yaxın həftələrdə Seneqala səfər edəcəyini açıqlayıb və ölkə ictimaiyyətinə müraciət edib:
“Mesajım budur ki, biz sizinləyik, sizi dəstəkləyirik.”
“Biz hamımız afrikalıyıq.”
CAF prezidenti əlavə edib ki, eyni mesajı Mərakeş xalqına da çatdırıb və futbolun insanları ayırmaq üçün deyil, birləşdirmək üçün olduğunu vurğulayıb:
“Bir çox seneqallı Mərakeşdə yaşayır. Futboldan insanları bölmək üçün istifadə etməyəcəyik — futbol insanları birləşdirməlidir.”
Motsepe bu açıqlamaları mətbuat konfransı zamanı verib.
Qeyd: CAF Afrika Millətlər Kuboku ilə bağlı qərardan sonra Seneqal və Mərakeş arasında gərginlik yaranıb. Qurum turnirin qalibi olan Seneqaldan titulu geri alaraq Mərakeşi çempion elan edib. Bu qərar Afrika futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
© Copyright 2026, All Rights Reserved