Çalhanoğlu: “İnter” üçün çox darıxmışdım”

Hakan Çalhanoğlu: “İnter”ə qayıtdığım üçün xoşbəxtəm, məqsədim kuboklar qazanmaqdır”.
90plus.az xəbər verir ki, “İnter”in aparıcı yarımmüdafiəçisi Hakan Çalhanoğlu yay fasiləsindən sonra komandasına geri dönüb və mətbuata açıqlamalar verib.
Türkiyə millisinin kapitanı transfer şayiələri, komandadakı atmosfer və şəxsi hədəfləri barədə danışıb.
Çalhanoğlu “İnter”də olmağın onun üçün nə qədər vacib olduğunu vurğulayıb:
“Buraya qayıtdığım üçün çox sevinirəm. “İnter”də olmaq üçün çox darıxmışdım və hazır hiss edirəm. Yay aylarında transfer xəbərləri hər zaman olur, bu dəfə daha çox müzakirə edildi. Amma danışmaq üçün komandaya dönməyi gözlədim. Mənim əsas hədəfim bu klubla kuboklar qazanmaqdır.”
Son günlər mediada komanda yoldaşı Lautaro Martineslə aralarında gərginlik olduğuna dair yayılan iddialara da aydınlıq gətirən türkiyəli futbolçu münasibətlərin qaydasında olduğunu bildirib:
“Lautaro ilə danışdıq, biz peşəkarıq və aramızda heç bir problem yoxdur. Kapitan komandaya qayıdanda onu qucaqlayacağıq və bu məsələ bağlanacaq. Hazırda tətildədir və bu tamamilə normaldır. Mövsüm sonu çətin idi, indi hamımız daha sakitik.”
Xatırlatma: Hakan Çalhanoğlu 2021-ci ildən “İnter”də çıxış edir və ötən mövsüm A Seriyasının çempionluq yolunda əsas fiqurlardan biri olub.
Klub rəhbərliyi onun komanda ilə yeni mövsümdə də önəmli rol oynayacağına ümid edir.
© Copyright 2025, All Rights Reserved