“Canavarlar” Jotanı belə xatırladı

“Vulverhempton” Dioqo Jotanı yad etdi.
90plus.az xəbər verir ki, “Vulverhempton” – “Mançester Siti” görüşündən əvvəl meydanın kənarında xüsusi anlar yaşanıb. Klub rəhbərliyi və azarkeşlər komandanın sabiq futbolçusu Dioqo Jota üçün xatirə mərasimi təşkil ediblər.
Stadionda qurulan tifo ilə “canavarlar”ın azarkeşləri portuqaliyalı hücumçuya ehtiramlarını bildirib. Bannerdə belə yazılıb:
“Qızıl çöllərdə gəzərkən səni xatırlayacağıq.”
Görüş futbol baxımından isə uğursuz alınıb – “Vulverhempton” Premyer Liqadakı oyunda “Tottenhem”ə 0-4 hesabı ilə məğlub olub.
© Copyright 2025, All Rights Reserved