Cek Qriliş: "Everton"da yenidən sevilirəm"

Mövsümün əvvəlində "Mançester Siti" klubundan "Everton"a icarəyə keçən ingilis futbolçu Cek Qriliş bu mövsüm göstərdiyi performansla diqqət mərkəzinə düşüb.
90plus.az xəbər verir ki, 30 yaşlı futbolçu "Everton" forması ilə meydana çıxdığı 9 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Qriliş azarkeşlərin ona göstərdiyi sevgidən məmnun olduğunu bildirib.
"Sevildiyini hiss etmək həyatda ən gözəl hisslərdən biridir. 'Everton' azarkeşləri mənə bu hissi yenidən yaşatdılar," – deyə təcrübəli futbolçu qeyd edib.
© Copyright 2025, All Rights Reserved