Cek Qriliş: “Everton”la futbolu yenidən sevirəm”

Cek Qriliş: “Everton”a gəlməkdə məqsədim futbolu yenidən sevmək idi".
90plus.az xəbər verir ki, “Everton”un yeni transferi Cek Qriliş İngiltərə Premyer Liqasının II turunda “Brayton” üzərində 2:0 hesablı qələbədə baş rolda olub. Hill Dikinson Stadionunda ilk dəfə Premyer Liqa oyunu keçirən "Liverpul" təmsilçisi meydanı qələbə ilə tərk edib.
29 yaşlı vinger debütündə hər iki qolun ötürməsini verərək azarkeşlərin alqışını qazanıb. Matçdan sonra Qriliş emosional açıqlamalarla çıxış edib:
Qriliş sözlərinə belə davam edib:
“Bura gəlməkdə əsas məqsədim futbolu yenidən sevmək idi. Son iki ildə sanki futboldan bir az uzaqlaşmışdım, oyundan lazımi zövqü ala bilmirdim. Bu, kimsənin günahı deyil, yalnız mənimlə bağlı idi. Futbolu çox sevirəm və oyuna çıxmaq üçün səbirsizliklə gözlədiyim günləri geri qaytarmaq istəyirəm. ‘Brayton'a qarşı da bunu hiss etdim və ümid edirəm ki, oyunumla bunu göstərdim”.
Qriliş “Everton”a mövsümün sonuna qədər icarə əsasında qoşulub. Müqavilədə 50 milyon funt-sterlinqlik satınalma şərti də var. O, ötən mövsüm “Mançester Siti”də cəmi 7 dəfə start heyətində meydana çıxmışdı və ABŞ-da keçirilən Klubların Dünya Çempionatına aparılmamışdı.
“Siti”dəki dörd ilimi çox sevdim. Orada çox uğurlar qazandım, amma yayda dəyişiklik vaxtının çatdığını düşündüm. Devid Moyeslə danışandan sonra isə ‘Everton’un mənim üçün doğru yer olduğunu bildim”, – deyə Qriliş əlavə edib.
Əgər o, “Aston Villa”dakı performansını yenidən nümayiş etdirə bilsə, 2026-cı il Dünya Çempionatında İngiltərə millisinin əsas namizədlərindən biri olacaq.
© Copyright 2025, All Rights Reserved