“Çelsi” çempionluq şansına zərbə vurdu
"Çelsi" uduzaraq çempionluq yarışında "Arsenal"dan 9 xal geriyə düşdü!
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 14-cü turunda çətin günlər keçirən “Lids” dörd oyunluq məğlubiyyət seriyasına son qoyaraq “Çelsi”nin çempionluq şansına zərbə vurdu.
“Zadəganlar” “Elland Road”dakı zəif çıxışdan sonra turnir cədvəlində dördüncü yerə düşdülər və lider “Arsenal”dan doqquz xal geri qaldılar.
Bu, Daniel Farkenin komandasının Premyer Liqada 13-cü yerdən yuxarı olan bir rəqibə qarşı üç ildən çox müddətdə qazandığı ilk qələbə oldu. Eyni zamanda, alman mütəxəssis qarşısında artan narazılıqlar və gələcəyi ilə bağlı söz-söhbətlər fonunda çox vacib anda əldə olundu.
Bu məğlubiyyətdən sonra “Lids” 17-ci yerə yüksəldi:
Lids Yunayted 3-1 Çelsi
Bijol 6'
Tanaka 43'
Neto 50'
Levin 72'
Qollar:
https://t.me/doxsanplus/111760
https://t.me/doxsanplus/111766
https://t.me/doxsanplus/111776
© Copyright 2025, All Rights Reserved