"Çelsi" qələbə qazandı
"Çelsi" "Everton"u məğlub etdi. "Zadəganlar” 1994-cü ildən bəri Premyer Liqada ev oyunlarında “Everton”a uduzmur. Və təbii ki, bu gün də çox lazım olan qələbəni qazandılar.
90plus.az xəbər verir ki, Enzo Mareskanın komandası çox parlaq oyun göstərməsə də, bir neçə dəqiqəlik dəqiq kombinasiyalar fərqi yaratdı. İlk olaraq Malo Qusto əla ötürmə ilə Koul Palmerə imkan yaratdı və Palmer dar bucaqdan topu uzaq küncə vurdu. Daha sonra Qusto özü qol vurdu.
"Everton" oyundan daha çoxunu gözləsə də, "Çelsi"nin müdafiəsini aşa bilmədi. Son dəqiqələrdə Iliman Ndiaye ən yaxın şansı əldə etdi, lakin zərbəsi dirəyə dəydi:
Çelsi 2-0 Everton
Koul Palmer 21'
Malo Qusto 45'
Matçda vurulan qolların videosu:
https://t.me/doxsanplus/112294
© Copyright 2025, All Rights Reserved