“Çelsi” evi talanan Sterlinqə dəstək oldu
“Çelsi” Rahim Sterlinqə dəstək oldu – futbolçu yenidən ev oğurluğunun qurbanı olub.
90plus.az xəbər verir ki, “Çelsi” hücumçu Rahim Sterlinqə rəsmi şəkildə dəstək verib. Şənbə günü futbolçunun Berkşirdəki ailə evinə basqın edildiyi, hadisə zamanı Sterling və övladlarının evdə olduğu bildirilir (The Athletic).
Futbolçunun nümayəndəsi belə açıqlama verib:
“Təsdiq edə bilərik ki, Rahim Sterlinq bu həftə sonu evinə edilən oğurluq hadisəsinin qurbanı olub. Hadisə baş verəndə o və uşaqları evdə idilər. Məxfiliyin və təhlükəsizliyin ciddi şəkildə pozulmasına baxmayaraq, hər kəsin salamat olması bizi sevindirir. Bu çətin zamanda Rahimin və ailəsinin məxfiliyinə hörmətlə yanaşılmasını xahiş edirik".
Temza Vadisi Polisi də insidentlə bağlı araşdırma aparıldığını təsdiqləyib. Bu, Sterlinqin belə bir hadisəni ikinci dəfə yaşamasıdır — futbolçunun evi 2022-ci ildə Qətərdə keçirilən Dünya Çempionatı zamanı da qarət olunmuşdu.
Dördqat Premyer Liqa çempionu olan Sterling bu mövsüm “Çelsi”nin heyətində meydana çıxmayıb. Ötən mövsümü icarə əsasında “Arsenal”da keçirən futbolçu hazırda Enzo Mareskanın planlarında yer almır və Aksel Disasi ilə birlikdə ayrı məşq edir. Yay transfer pəncərəsində hər iki futbolçu üçün klub tapılmadığı üçün vəziyyət belə qalıb.
© Copyright 2026, All Rights Reserved