“Çelsi” Gittensi açıqladı

RƏSMİ: “Çelsi” Ceymi Gittens transferini açıqladı — Madueke də “Arsenal”a yaxınlaşır.
90plus.az xəbər verir ki, “Çelsi” yay transfer pəncərəsində ilk böyük addımını atdı. London klubu 20 yaşlı Ceymi Gittensin transferini rəsmiləşdirib. “Borussiya Dortmund” bu keçiddən 48,5 milyon funt sterlinq və əlavə bonuslar əldə edəcək. Gittenslə imzalanan müqavilə 2032-ci ilin yayına qədər qüvvədə olacaq.
Gittens ötən mövsüm “Borussiya Dortmund” forması ilə sürətli oyun tərzi və texnikası ilə diqqət çəkmişdi. “Çelsi” rəhbərliyi yeni layihədə onu əsas fiqurlardan biri kimi görür.
Bununla yanaşı, “Çelsi”də başqa bir cinah oyunçusunun da gedişi gündəmdədir. Klubun 23 yaşlı vingeri Noni Madueke “Arsenal” ilə şəxsi razılığa gəlib.
Madueke artıq “topçular”la müqavilənin bütün detalları üzərində razılıq əldə edib. İndi məsələ klublar arasında danışıqların yekunlaşmasına qalıb və yaxın günlərdə bu transferin də rəsmi təsdiqi gözlənilir.
Məlumatı Fabrizio Romano və Sky Sports təsdiqləyib.
© Copyright 2025, All Rights Reserved