"Çelsi" gənc oyunçusunu icarəyə verir
“River Pleyt” klubu 18 yaşlı yarımmüdafiəçi Kendri Paesi “Çelsi”dən icarəyə götürmək barədə razılıq əldə edib.
90plus.az xəbər verir ki, London təmsilçisi futbolçunu “Strasburq”dakı icarə müddətindən geri çağırır. Ekvadorlu oyunçu tibbi baxışdan keçmək üçün Buenos-Ayresə yollanacaq.
Müqavilə bir mövsümlük icarə əsasında nəzərdə tutulub.
Qeyd: Paes ötən ilin yayında “İndependiente del Valle” klubundan “Çelsi”yə transfer olunub və indiyədək İngiltərə təmsilçisinin heyətində rəsmi oyunda meydana çıxmayıb.
© Copyright 2026, All Rights Reserved