“Çelsi” heyətinin çoxunu satır

“Çelsi” yay transfer pəncərəsində heyətini ciddi şəkildə azaltmağı planlaşdırır.
90plus.az xəbər verir ki, İngiltərə mediası London klubunun yayda bir neçə futbolçusu ilə yollarını ayıracağını qeyd edir. Satılması nəzərdə tutulan oyunçular arasında Rahim Sterlinq, Ben Çiluell, Aksel Disasi, Renatu Veiyqa, Karni Çukvuemeka və Armando Broya da var.
Qapıçı Jordje Petroviçin də satılacağı gözlənilir. Klubla futbolçu arasında razılığa əsasən, əgər hər hansı klub 25 milyon funt sterlinq ödəyərsə, “Çelsi” onu buraxacaq.
Sterlinq və Çiluellin müvafiq olaraq “Arsenal” və “Kristal Pelas”da icarə əsasında keçirdikləri mövsüm uğursuz alınıb. Bu da onların satılacaq futbolçular siyahısına düşməsində rol oynayıb.
Eyni zamanda, “Mançester Yunayted”in “Çelsi”nin hücumçusu Kristofer Nkunkuya maraq göstərdiyi bildirilir. Lakin “qırmızı şeytanlar” yay transferləri üçün hücumda başqa hədəfləri prioritet sayır. “Çelsi” Nkunku üçün 65 milyon funt tələb edir və bu məbləğ qarşılandığı halda danışıqlara açıqdır.Ğ
Bununla belə, fransalı futbolçunun klubdan ayrılıb-ayrılmayacağı hələ dəqiqləşməyib.
© Copyright 2025, All Rights Reserved