"Çelsi" hücumçusuna 100 milyon avro qiymət "oxudu"

"Çelsi" klubu Nikola Ceksonun transferindən yüksək gəlir əldə etməyi planlaşdırır.
90plus.az xəbər verir ki, "Milan"ın marağına baxmayaraq, London təmsilçisi 24 yaşlı hücumçunu 100 milyon funt-sterlinq dəyərində qiymətləndirir. Bu isə "zadəganlar"ın daha təsirli hücumçu axtarışında olmasına rəğmən, Ceksonun satışına tələsmədiyini göstərir (📰: Daily Mail).
Xatırlatma: "Çelsi" iki il öncə Ceksonu "Vilyarreal" klubundan 32 milyon funt-sterlinq qarşılığında heyətinə qatmışdı. O, geridə qalan Premyer Liqa mövsümündə 30 matçda 10 dəfə rəqib qapısına yol tapıb.
© Copyright 2025, All Rights Reserved