“Çelsi” İngiltərə futbolunda ən çox zərər edən klub oldu
2024/25 mövsümündə “Çelsi” İngiltərə futbolu tarixində ən çox zərər edən klub olub.
90plus.az xəbər verir ki, UEFA-nın maliyyə hesabatına istinadən “The Athletic”in yaydığı məlumata görə, London təmsilçisinin vergidən əvvəlki zərəri 407 milyon avro (342 milyon funt) təşkil edib. Bu, Avropa klub futbolu tarixində ikinci ən pis göstəricidir. Rekord isə 2020/21 mövsümündə 555 milyon avro zərər açıqlayan “Barselona”ya məxsusdur.
Bildirilir ki, “Çelsi”nin son üç ildə ümumi zərəri 622 milyon avroya çatıb. Mənbələrə görə, bu rəqəmlərə əsasən futbolçuların amortizasiyası və aktivlərin silinməsi, həmçinin UEFA-nın tətbiq etdiyi 31 milyon avroluq cərimə daxildir.
2024/25 mövsümünün sonunda Avropada ən çox mənfəət əldə edən klub isə “Lill” olub – Fransa təmsilçisinin vergidən əvvəlki qazancı 94 milyon avro təşkil edib.
© Copyright 2026, All Rights Reserved