"Çelsi" kapitanı ilə müqavilə uzatdı
“Çelsi” klubu müdafiəçi Ris Ceymslə bağlı qərar verib.
90plus.az xəbər verir ki, London təmsilçisi komandanın kapitanı ilə müqavilənin müddətini uzadıb. İngiltərə millisinin üzvü ilə yeni sözləşmə 2032-ci ilin 30 iyun tarixinə qədər qüvvədə olacaq.
Qeyd: Əvvəlki müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.
Xatırlatma: Ris Ceyms “Çelsi”nin akademiyasının yetirməsidir. 26 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm “mavilər”in heyətində 35 rəsmi matçda iştirak edib, 2 qol vurub və 7 məhsuldar ötürmə verib.
© Copyright 2026, All Rights Reserved