"Çelsi" "Palmeyras"ın oyunçusuna göz qoydu

"Çelsi" "Palmeyras" klubunun futbolçusu Aqustin Giayın transferi üçün addımlar atmağa başlayıb.
90plus.az xəbər verir ki, "The Sun"ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi özü də London təmsilçisinin formasını geyinməyə müsbət yanaşır.
İngiltərə klubu argentinalı oyunçunun keçidi ilə bağlı qarşı tərəfi razı salmağa çalışır. 2024-cü ildən etibarən "Palmeyras"da çıxış edən futbolçu Argentinadan olan oyunçudur.
Qeyd: Giayın Braziliya təmsilçisi ilə müqaviləsi 2029-cu il dekabrın 31-nə qədər qüvvədədir. O, "San-Lorenzo" klubunun yetirməsidir.
© Copyright 2025, All Rights Reserved