“Çelsi”də Palmer sevinci: “Arsenal” oyunu öncəsi xoş xəbər
Ev şəraitində yaşadığı ayaq barmağı zədəsinə görə “Bernli” və “Barselona” ilə görüşləri buraxan Kol Palmer barədə yaxşı xəbər var.
90plus.az xəbər verir ki, “Çelsi”nin zədəli ulduzu yenidən meydana dönməyə hazırlaşır.
“ARSENAL” MAÇINDA OYNAYA BİLƏCƏK
İngiltərə klubunun baş məşqçisi Enzo Mareska açıqlamasında, evdə ayaq barmağından aldığı zədəyə görə son iki oyunda iştirak etməyən Palmerin bazar günü keçiriləcək “Arsenal” qarşılaşmasında forma geyinə biləcəyini deyib.
Bu xəbər “Çelsi”yə böyük rahatlıq gətirib, çünki London təmsilçisi Premyer Liqada vacib derbiyə çıxır.
PERFORMANSI
Premyer Liqada mövsümə zədələrlə başlayan Palmer bu müddətə qədər 4 oyunda meydana çıxıb və 2 qola imza atıb. “Çelsi” – “Arsenal” matçı bazar günü London təmsilçisinin meydanında oynanılacaq.
Həmçinin oxu:
© Copyright 2025, All Rights Reserved