"Çelsi"dən "Arsenal"a gözdağı
"Çelsi" London sərgisində "Arsenal" "süpriz" hazırlayıb.
90plus.az xəbər verir ki, “Çelsi” matçdan əvvəl meydanın giriş-çıxış hissəsində — məhz "Arsenal"ın keçəcəyi koridorda — “Topçular”ın hələ qazanmadığı bütün böyük titulları nümayiş etdirməyi planlaşdırır.
Bu siyahıda UEFA Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və ABŞ-da əldə edilən FIFA Klublar arası dünya çempionatı kimi kuboklar yer alır. Məqsədin "Arsenal" üzərində psixoloji təzyiq yaratmaq və iki klub arasındakı “kubok mədəniyyəti” fərqini vurğulamaq olduğu deyilir.
© Copyright 2025, All Rights Reserved