"Çelsi"dən gənc müdafiəçiyə böyük yatırım

İngiltərənin "Çelsi" klubu transfer pəncərəsində ilk ciddi addımını atıb. London təmsilçisi, Fransa Liqa 1 təmsilçisi "Strasburq"dan Seneqal əsilli fransalı müdafiəçi Mamadu Sarrı heyətinə qatıb.
90plus.az xəbər verir ki, klubun rəsmi saytında yayımlanan açıqlamada, 19 yaşlı futbolçu ilə 2033-cü ilə qədər uzunmüddətli müqavilə imzalandığı bildirilib. İngiltərə mətbuatında yer alan xəbərlərə görə, transferin dəyəri bonuslarla birlikdə təxminən 15 milyon avro təşkil edir.
Karyerasına "Olimpik Lion" akademiyasında başlayan Mamadu Sarr ötən mövsümün əvvəlində "Strasburq"a transfer olunmuşdu. Gənc futbolçu geridə qalan mövsümdə 28 oyunda forma geyinərək diqqətləri üzərinə çəkib.
Fransa millisinin aşağı yaş qruplarında da çıxış edən Sarr gələcək üçün böyük potensiala sahib müdafiəçi hesab olunur.
© Copyright 2025, All Rights Reserved