"Çelsi"nin futbolçusu 3 aylıq sıradan çıxdı

Dariu Essuqu zədə səbəbindən “Çelsi”yə kömək edə bilməyəcək
90plus.az xəbər verir ki, “Çelsi”nin yeni transferi Dariu Essuqu bud nahiyəsindən aldığı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. 20 yaşlı futbolçu Portuqaliya gənclər millisində olarkən xəsarət alıb və ən azı 3 ay oynaya bilməyəcək.
Essuqu bu yay 22 milyon avro qarşılığında “Sportinq”dən London klubuna transfer olunmuşdu.
Xatırlatma: “Çelsi” UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biridir. İki komanda arasında oyun noyabrın 5-də Bakıda baş tutacaq.
© Copyright 2025, All Rights Reserved