"Çelsi"nin futbolçusu "Börnli"də

"Çelsi"nin forvardı Armando Broxa İngiltərədə yeni komandaya keçib.
90plus.az xəbər verir ki, "Börnli" alban hücumçunu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Premyer Liqaya vəsiqə qazanan komanda Broxanın transferi üçün London klubuna 23 milyon avro ödəyəcək. 23 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə bağlanıb.
Xatırlatma: Armando Broxa "Çelsi"nin futbol akademiyasının yetirməsidir. Albaniya millisinin üzvü ötən mövsümü icarə əsasında "Everton"da keçirib və orada çıxdığı 13 rəsmi görüşdə nə qol vurub, nə də assist edib.
© Copyright 2025, All Rights Reserved