"Çelsi"nin gənc futbolçusu istəmədən futboldan gedə bilər
İtaliyalı məşhur insayder Fabritsio Romano, Londonun “Çelsi” klubunda çıxış edən ukraynalı vinger Mixail Mudrikin dopinq qalmaqalı ilə bağlı açıqlama verib.
90plus.az xəbər verir ki, insayder bu barədə sosial şəbəkə hesabında yazıb:
“Mudrikin B sınağına gəlincə… Hələlik yaxın gələcəkdə futbola qayıda bilməsi şansı çox azdır.”
Xatırlatma: 1 ay öncə (2024-dekabr) Mixail Mudrikin dopinq testi müsbət çıxıb və futbolçuya xəbərdarlıq edildikdən sonra müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb.
Özünün açıqlaması: "Təqdim etdiyim nümunədə qadağan olunmuş maddə tapıldığını qəbul edirəm. Bu mənim üçün şok oldu, çünki mən heç vaxt bilərəkdən qadağan olunmuş maddədən istifadə etməmişəm. Heç bir qayda pozmamışam.
Bunun necə baş verdiyini anlamaq üçün komandamla birlikdə araşdırma aparacağıq. Bilirəm ki, heç bir səhv etməmişəm və ümid edirəm ki, ən qısa zamanda meydana qayıdacağam".
Qeyd: 2024/25 mövsümündə Mixail Mudrik klub səviyyəsində 15 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir.
© Copyright 2026, All Rights Reserved