"Çelsi"nin hücumçusu 1 aylıq sıradan çıxdı
İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki qeydə alınıb.
90plus.az xəbər verir ki, London komandasının hücumçusu Liam Delap zədələnib. Bu barədə yerli mətbuat xəbər yayıb.
22 yaşlı ingilis forvardın çiynində sınıq müəyyən edilib. Futbolçunun təqribən 1 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Xatırlatma: "Çelsi" Liam Delapı mövsümün əvvəlində "İpsviç Taun"dan heyətinə qatıb. İngiltərə yığmasının üzvü “mavilər”lə keçirdiyi 17 rəsmi oyunda 2 qol vurub və 1 qol ötürməsi ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved