"Çelsi"nin sabiq baş məşqçisi İtaliyada klub çalışdıra bilər
"Fiorentina" baş məşqçi postunda dəyişiklik etmək istəyir.
90plus.az xəbər verir ki, Florensiya təmsilçisi Enzo Mareska ilə danışıqlar aparır.
Yanvarda qarşılıqlı razılıq əsasında “Çelsi”dən ayrılan 46 yaşlı mütəxəssis özü də “Fiorentina”da işləməyə müsbət yanaşır.
Belə ki, artıq İtaliya klubunun idman direktoru Fabio Paratiçi ilə Mareska arasında qeyri-rəsmi görüş keçirilib və klubun uzunmüddətli planı ona açıqlanıb.
Qeyd: Hazırda “Fiorentina”nın baş məşqçisi Paolo Vanolidir.
© Copyright 2026, All Rights Reserved