"Çelsi"yə 3 cəza birdən - Bu, ağır oldu
İngiltərə Futbol Federasiyası "Çelsi" klubunu "bərk" cəzalandırıb.
90plus.az xəbər verir ki, London təmsilçisinin maliyyə qaydalarını pozduğu müəyyən edildiyi üçün kluba üç müxtəlif sanksiya tətbiq olunub.
Belə ki, "Çelsi" böyük məbləğdə pul cəriməsi ödəməli olacaq - 14,3 milyon dollar!
Bundan başqa, klub üçün bir mövsümlük transfer qadağası da tətbiq edilib. Lakin bu qadağa iki il müddətinə şərti olaraq dayandırılıb. Eyni zamanda akademiya komandası üçün digər klublardan futbolçu qeydiyyatına 9 aylıq qadağa qoyulub.
İttihamlar klubun Roman Abramoviçin sahib olduğu dövrə aiddir.
© Copyright 2026, All Rights Reserved