“Çelsi”yə təcili 70 milyon avro lazımdır

UEFA-nın Maliyyə Qaydalarını pozduğu üçün “Çelsi”yə 31 milyon avro cərimə tətbiq edilib. Ancaq bu, son xəbər deyil – “Çelsi”yə qarşı yenidən ciddi tədbirlər gözlənilir.
90plus.az xəbər verir ki, əgər yay transferlərində 70 milyon avroluq oyunçu satışı həyata keçirilməsə, bu dəfə daha ciddi sanksiya ilə üzləşə bilər: klub yeni transferləri Çempionlar Liqası heyətinə daxil edə bilməyə bilər. Bu, “Çelsi” üçün həm transfer planlarını, həm də gələcək maliyyə strategiyasını xeyli çətinləşdirəcək.
Yay transfer dövründə klub artıq Jamie Gittens, João Pedro, Liam Delap, Estevão, Dario Essugo, Mamadou Sarr və Lendry Paez kimi futbolçuların transferi üçün ümumilikdə 243 milyon avro xərcləyib. Bu qədər böyük xərclər fonunda əlavə satışlar edilmədikdə, UEFA tərəfindən yeni məhdudiyyətlər tətbiq olunacağı bildirilir.
Mövcud vəziyyət “Çelsi”ni ciddi şəkildə təzyiq altına almış və yay transferlərinin gedişinə təsir edə bilər.
© Copyright 2025, All Rights Reserved