Çempionlar Liqası: 1/8 finalçılar bəlli oldu - "Real", PSJ və PSV

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları baş tutdu.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları böyük marağa səbəb oldu. Keçirilən üç qarşılaşmada azarkeşlər idman rəqabətinə şahidlik etdilər.
"Real Madrid" 3-1 "Mançester Siti" (Ümumi hesab: 6-3)
Madrid təmsilçisi doğma meydanda İngiltərənin "Mançester Siti" klubunu 3:1 hesabı ilə məğlub edərək mərhələni keçdi. "Real Madrid"in ulduz futbolçusu Kilian Mbappe het-trik edərək komandasına vacib qələbə qazandırdı. Qonaq komandanın təsəlli qolunu isə Qonzales oyunun son dəqiqələrində vurdu (90+2’).
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/98249
https://t.me/doxsanplus/98257
https://t.me/doxsanplus/98266
https://t.me/doxsanplus/98275
"Paris Sen-Jermen" 7-0 "Brest" (Ümumi hesab: 10-0)
Fransa derbisində PSJ möhtəşəm çıxış edərək "Brest" üzərində 7:0 hesablı qələbə qazandı və iki oyunun nəticəsinə görə rəqibini darmadağın etdi.
Matçda vurulan qolların videoları
https://t.me/doxsanplus/98255
https://t.me/doxsanplus/98261
https://t.me/doxsanplus/98265
https://t.me/doxsanplus/98268?single
https://t.me/doxsanplus/98272
"Milan" və "Atalanta"dan sonra İtaliyanın daha bir təmsilçisi – "Yuventus" da turnirlə vidalaşdı.
Niderland təmsilçisi PSV 1/8 finala yüksəlmək üçün "Yuventus"u iki oyunun nəticəsinə əsasən 4-3 hesabı ilə məğlub etdi:
PSV 3 - 1 Yuventus
Perişiç 53'
Veah 63'
Flamingo 98'
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/98267
https://t.me/doxsanplus/98271?single
https://t.me/doxsanplus/98279
Bu nəticə ilə PSV turnirin növbəti mərhələsinə adlayan komandalar sırasında yer aldı. Onlar 1/8 finalda ya "İnter", ya da "Arsenal"la qarşılaşacaqlar.
Çempionlar Liqasında 1/8 finalçıların siyahısı:
1. Liverpul
2. Barselona
3. Arsenal
4. İnter
5. Atletik
6. Leverkuzen
7. Lill
8. Aston Villa
Pley-offdan gələnlər:
9. Borussiya Dortmund
10. Real Madrid
11. Bayern Münhen
12. PSV
13. PSJ
14. Benfika
15. Feyenoord
16. Brügge.
Qeyd: UEFA Çempionlar Liqasının növbəti mərhələlərinin püşkatması 21 fevral tarixində keçiriləcək.