Çempionlar Liqası: 1/8 finalın bütün heyəti bilindi
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra 1/8 finala vəsiqə qazanan komandalar bəlli olub.
Pley-off mərhələsindən uğurla keçən komandalar “Nyukasl”, “Qalatasaray”, “Budyo Qlimt”, “Atletiko”, “Bayer”, PSJ, “Atalanta” və “Real” olub.
Liqa mərhələsinin yekunlarına əsasən isə “Arsenal”, “Bayern Münhen”, “Liverpul”, “Tottenhem”, “Barselona”, “Çelsi”, “Sportinq” və “Mançester Siti” birbaşa 1/8 finala yüksəlib.
Reqlamentə əsasən, hər komandanın bu mərhələdə iki potensial rəqibi var. Mümkün cütlər aşağıdakı kimidir:
“Arsenal” – “Atalanta” / “Bayer”
“Liverpul” – “Qalatasaray” / “Atletiko”
“Bayern Münhen” – “Bayer” / “Atalanta”
“Tottenhem” – “Qalatasaray” / “Atletiko”
“Barselona” – “Nyukasl” / PSJ
“Çelsi” – PSJ / “Nyukasl”
“Sportinq” – “Real” / “Bodo-Qlimt”
“Mançester Siti” – “Real” / “Bodo-Qlimt”
Qeyd: 1/8 final mərhələsinin püşkatma mərasimi sabah keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşkün nəticəsi ilə qarşıdakı - 1/8 final mərhələsinin rəsmi cütləri müəyyənləşəcək.
© Copyright 2026, All Rights Reserved