Çempionlar Liqası: “Araz” “Benfika” ilə qarşılaşdı
Futzal üzrə UEFA Çempionlar Liqasında Azərbaycan təmsilçisi “Araz-Naxçıvan” 1/8 final mərhələsində ilk oyununu keçirib.
90plus.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüşdə ölkə çempionu güclü rəqib “Benfika” ilə üz-üzə gəlib və ağır məğlubiyyət alıb. Portuqaliya nəhəngi meydandan 9:0 hesablı qələbə ilə ayrılıb.
İki komanda arasındakı cavab görüşü dekabrın 5-də Portuqaliyada oynanılacaq. Bu duelın qalibi 1/4 final mərhələsində AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved