Çempionlar Liqası: “Araz” mübarizəyə başlayır

“Araz-Naxçıvan” Çempionlar Liqasında mübarizəyə start verir.
90plus.az xəbər verir ki, futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsi çərçivəsində bu gün “Araz-Naxçıvan” ilk oyununa çıxacaq.
Azərbaycan çempionu Avstriyanın Linz şəhərində təşkil olunan qrup mərhələsində Şimali İrlandiya təmsilçisi “Sparta Belfast” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da NMS İdman Sarayında başlayacaq.
Təqvim: 27 avqust – 19:00
“Araz-Naxçıvan” – “Sparta Belfast” (Şimali İrlandiya)
Məkan: Linz, NMS İdman Sarayı
Qeyd: Qrupun bütün oyunları Avstriyada keçiriləcək. Reqlamentə görə, yalnız qrup qalibi yarışın əsas mərhələsinə vəsiqə qazanacaq.
© Copyright 2025, All Rights Reserved