Çempionlar Liqası: “Araz”dan 9 qollu qələbə

“Araz-Naxçıvan” Çempionlar Liqasına möhtəşəm darmadağınla start verdi.
90plus.az xəbər verir ki, futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxış edən “Araz-Naxçıvan” ilk oyununu böyükhesablı qələbə ilə başa vurub.
Azərbaycan təmsilçisi Avstriyanın Linz şəhərində keçirilən görüşdə Şimali İrlandiya klubu “Sparta Belfast”la üz-üzə gəlib və rəqibini 9:1 hesabı ilə darmadağın edib.
Qollar:
Bütün oyunların Avstriyada keçiriləcəyi bu qrupda yalnız qalib olan komanda əsas mərhələyə yüksələcək.
“Araz-Naxçıvan” sabah Şotlandiyanın “PYF Saltires” klubu ilə, avqustun 30-da isə meydan sahibi “Ljuti Krajişniçi” ilə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved