Çempionlar Liqası: “Arsenal” 1/8-ə yüksələn ilk komandadır
“Arsenal” Çempionlar Liqasında tarix yazır – 7 oyuna 7 qələbə!
"Topçular" 1/8-də
90plus.az xəbər verir ki, “Arsenal” UEFA Çempionlar Liqasının 2024/25 mövsümündə möhtəşəm çıxışını davam etdirir. London təmsilçisi Liqa mərhələsinin 7-ci turunda səfərdə “İnter”i 3:1 hesabı ilə məğlub edərək, 7 oyuna 7 qələbə qazanıb və 1/8 finala vəsiqəni rəsmiləşdirən ilk klub olub.
Bu nəticə ilə “topçular” maksimum – 21 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb və Avropanın ən nüfuzlu turnirində real çempionluq iddiaçılarından biri olduğunu bir daha sübut edib.
Matça sürətli başlayan “Arsenal” erkən qollarla üstünlüyü ələ aldı. “İnter” Suçiçin qolu ilə hesabı bərabərləşdirsə də, londonlular oyuna tam nəzarəti saxladı və son nöqtəni Gyökereş qoydu:
İnter 1 - 3 Arsenal
Q. Jezus 10’ 31’
P. Suçiç 18’
V. Gyökereş 84’
Qollar:
https://t.me/doxsanplus/113545
https://t.me/doxsanplus/113547
https://t.me/doxsanplus/113550
https://t.me/doxsanplus/113556
Artetadan xüsusi vurğular
Baş məşqçi Mikel Arteta oyundan sonra futbolçularının yetkinliyini və dözümlülüyünü xüsusi qeyd edib:
“Komanda yüksək təzyiqli Avropa oyunlarını idarə etmək baxımından xeyli inkişaf edib. Bu səviyyədə ardıcıl qalib gəlmək böyük əzmkarlıq tələb edir.”
© Copyright 2026, All Rights Reserved