Çempionlar Liqası: “Arsenal” 3 xal qazandl

“Arsenal” Çempionlar Liqasına səfərdə “Atletik Bilbao” üzərində 2:0 hesablı qələbə ilə start verib.
90plus.az xəbər verir ki, ilk hissə olduqca gərgin mübarizə şəraitində keçib və London təmsilçisi rəqibin mərkəzdə qurduğu müdafiəni yara bilməyib.
Fasilədən sonra oyunda ciddi dəyişiklik görünmürdü, ta ki, Mikel Arteta etdiyi əvəzləmələrlə matça təsir edənədək.
Meydana daxil olduqdan cəmi bir dəqiqə sonra Qabriel Martinelli topu meydanın yarısını qət edərək Unai Simonu məyus edib və hesabı açıb.
Braziliyalını qol ötürməsi ilə təmin edən Leandro Trossar isə təxminən 15 dəqiqə sonra ikinci qolu vuraraq oyuna son nöqtəni qoyub. Bu dəfə Martinelli asistlə yadda qalıb.
Atletik 0-2 Arsenal
Martinelli 72'
Trossard 87'
Qollar:
https://t.me/doxsanplus/107735
https://t.me/doxsanplus/107736
© Copyright 2025, All Rights Reserved