Çempionlar Liqası: “Bayer” uddu, Patrik Şik parladı
“Bayer 04” Pireydə qalib gəldi – Şik dublla tarix yazdı.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Yunanıstan təmsilçisi “Olimpiakos” öz meydanında Almaniya klubu “Bayer 04” ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın taleyini ikinci hissədə vurulan qollar həll edib.
Şik səhnəyə çıxdı
Almaniya klubunun qəhrəmanı Patrik Şik olub. Çex hücumçu 60 və 63-cü dəqiqələrdə fərqlənərək dubl müəllifi kimi komandasına mühüm üstünlük qazandırıb.
Şik bununla yanaşı klub tarixində də xüsusi yerə sahib çıxıb. Belə ki, “Bayer 04” tarixində UEFA Çempionlar Liqasının pley-off mərhələsində bir oyunda iki qol vuran cəmi iki futbolçu var – Patrik Şik və Mixael Ballak:
Olimpiakos 0 - 2 Bayer 04
P. Şik 60’ 63’
Çempionlar Liqası, pley-off. İlk oyun
Cavab oyunu öncəsi ciddi üstünlük
Səfərdə qazanılan 2:0 hesablı qələbə Leverkuzen təmsilçisinə cavab qarşılaşması öncəsi ciddi üstünlük qazandırıb. Almaniya klubu doğma meydanda bu üstünlüyü qorumağa və mərhələ adlamağa çalışacaq.
© Copyright 2026, All Rights Reserved