Çempionlar Liqası: “Budyo Qlimt” “İnter”i uddu
Arktik möcüzəsi davam edir – “Budyo Qlimt” növbəti nəhəngi devirdi.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Norveç təmsilçisi “Budyo Qlimt” doğma meydanda İtaliya nəhəngi “İnter” üzərində 3:1 hesablı möhtəşəm qələbə qazanıb.
Arktik dairəsinə yaxın yerləşən, cəmi 54 min əhalisi olan Budyo şəhərinin komandası növbəti dəfə Avropada sensasiya yaradıb.
Qollar
Hesabı 20-ci dəqiqədə Sondre Fet açıb. 30-cu dəqiqədə Françesko Espozito tarazlığı bərpa edib və ilk hissə 1:1 hesabı ilə başa çatıb.
İkinci yarıda isə meydanda Norveç təmsilçisi üstün oyun sərgiləyib. 61-ci dəqiqədə Yens Petter Hauqe komandasını yenidən önə çıxarıb. Cəmi üç dəqiqə sonra Kasper Hyuq fərqi iki topa çatdıraraq matçın taleyini həll edib – 3:1.
Tarixi seriya
“Budyo Qlimt” son oyunlarda fantastik forma nümayiş etdirir:
Qeyd: Norveç klubu 2026-cı ilə qədər Çempionlar Liqasında qrup və ya pley-off mərhələsində qələbə qazana bilməmişdi. İndi isə ardıcıl böyükhesablı nəticələrlə Avropanın diqqət mərkəzinə düşüb.
Cavab oyunu öncəsi Norveç təmsilçisi ciddi üstünlük əldə edib. Futbolda həqiqətən də hər şey mümkündür.
Budyo Qlimt 3:1 İnter
S. Fet 20'
F. Esposito 30’
Y. Hauqe 61'
K. Hyuq 64’
Qollar:
https://t.me/doxsanplus/114580
https://t.me/doxsanplus/114586
© Copyright 2026, All Rights Reserved