Çempionlar Liqası: Fransa dueli tamaşa kimi oldu
Monako 2-3 PSJ
Çempionlar Liqası, pley-off mərhələsi – ilk oyun...
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Monako” ilə PSJ arasında baş tutan görüş əsl futbol tamaşasına çevrildi. Beş qolun vurulduğu qarşılaşmada Paris təmsilçisi çətin səfərdən 3:2 hesablı qələbə ilə ayrıldı.
Matça ildırım sürəti ilə başlayan “Monako” rəqibini erkən şoka saldı. Artıq 1-ci dəqiqədə fərqlənən Florian Balogun 18-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vuraraq hesabı 2:0-a çatdırdı.
Lakin PSJ tez toparlandı. 25-ci dəqiqədə Usman Dembele zədə səbəbindən meydanı tərk etdi. Onun əvəzinə 27-ci dəqiqədə meydana daxil olan 20 yaşlı Dezire Due oyunun gedişatını dəyişdi.
Gənc yarımmüdafiəçi cəmi iki dəqiqə sonra – 29-cu dəqiqədə fərqlənərək hesab arasındakı fərqi azaltdı. 41-ci dəqiqədə isə Aşraf Hakimi tarazlığı bərpa etdi – 2:2.
İkinci hissədə təşəbbüsə tam yiyələnən Paris klubu 67-ci dəqiqədə yenidən Duenin qolu ilə önə keçdi. Beləliklə, oyuna sonradan qoşulan futbolçu dubl edərək komandasına vacib səfər qələbəsi qazandırdı.
Qarşılaşmanın ən yaxşı oyunçusu seçilən Desire Due 27-ci dəqiqədə meydana daxil oldu, 29 və 67-ci dəqiqələrdə fərqləndi və matçın taleyini həll edən əsas fiqura çevrildi.
Cavab görüşü Parisdə keçiriləcək:
Monako 2 - 3 PSJ
F. Balogun 1’ 18’
D. Due 29’ 67’
A. Hakimi 41’
Qollar:
https://t.me/doxsanplus/114538
https://t.me/doxsanplus/114539
https://t.me/doxsanplus/114541
https://t.me/doxsanplus/114542
https://t.me/doxsanplus/114544
© Copyright 2026, All Rights Reserved