Çempionlar Liqası: Gecənin nəticələri

Çempionlar Liqasında 3-cü mərhələyə start verildi – “Qarabağ”dan səfərdə qələbə!
90plus.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib. İlk oyun günündə 4 qarşılaşma baş tutub.
Azərbaycan təmsilçisi “Qarabağ” səfərdə “Şkendiya”nın qonağı olub və minimal hesabla qalib gəlib – 1:0. Oyunda yeganə qolu 18-ci dəqiqədə penalti zərbəsi ilə Toral Bayramov vurub.
Digər oyunlar:
İsveçdə keçirilən qarşılaşmada “Malmö” və “Kopenhagen” arasında qol qeydə alınmayıb. Digər görüşdə “Dinamo” öz meydanında Kiprin “Pafos” klubuna 0:1 hesabı ilə məğlub olub. Qonaqlara qələbə qazandıran qolu 84-cü dəqiqədə Anderson vurub.
Günün son matçında “Reyncers” “Viktoriya”ya 3:0 hesabı ilə qalib gəlib. Şotlandiya təmsilçisinin heyətində Qassama dubl edib, daha bir qola isə Dessers imza atıb.
Təsnifat mərhələsinin ilk oyunlarına sabah daha 6 qarşılaşma ilə davam olunacaq. Proqrama aşağıdakı matçlar daxildir:
– Kayrat – Slovan
– Zalsburq – Brügge
– Ludoqorets – Ferentsvaroş
– Lex – Zrvena Zvezda
– Feyenoord – Fənərbağça
– Nitsa – Benfika
Qarşılaşmaların cavab oyunları növbəti həftə keçiriləcək.
© Copyright 2025, All Rights Reserved