Çempionlar Liqası: “Mançester Siti” qalib gəlib, 4-cü oldu
Fil Foden dubl etdi, Erlinq Haaland isə keçmiş klubuna qarşı fərqləndi. “Mançester Siti” Çempionlar Liqasının liqa mərhələsində “Borussiya Dortmund”u asanlıqla məğlub edərək turnirdə mövqeyini möhkəmlətdi.
90plus.az xəbər verir ki, Pep Qvardiolanın komandası ilk dörd oyunda məğlub olmayıb və bu, onların üçüncü qələbəsi idi. “Şəhərlilər” bununla turnir cədvəlində dördüncü pilləyə yüksəlib. Qrup mərhələsində ilk səkkiz yer avtomatik olaraq 1/8 finala çıxır.
Niko Kovaçın rəhbərlik etdiyi “Dortmund” oyuna fəal başlasa da, meydan sahibləri ilk hissənin ortalarında 7 dəqiqə ərzində iki qol vuraraq təşəbbüsü tam ələ aldı.
Foden matç boyu parlaq təsir bağışlayıb. O, əvvəlcə uzaq məsafədən güclü zərbə ilə Qreqor Kobelin qapısını yoxlayıb, daha sonra isə cərimə zərbəsindən birbaşa qapıya vurduğu top qapıçı tərəfindən tutulub. İngilis futbolçu üçüncü cəhdində – 22-ci dəqiqədə – fərqlənməyi bacarıb: o, cərimə meydançası kənarında topu qəbul edib və “Dortmund” müdafiəçiləri reaksiya verməyincə, topu aşağı küncə dəqiq göndərib.
Bu, Fodenin məhz bir il sonra vurduğu ilk Çempionlar Liqası qolu olub — o, ötən mövsüm “Sportinq”ə qarşı 1:4 hesabı ilə uduzulan görüşdə fərqlənmişdi.
Bundan sonra “Siti” oyuna tam nəzarət edib və ardıcıl hücumlarla rəqibi sıxışdırıb. Kobel yaxın məsafədən Niko O’Raylinin zərbəsini çətinliklə qaytarsa da, 29-cu dəqiqədə Ceremi Doku sağ cinahdan geriyə ötürmə edib və Erlinq Haaland topu qapıya güclü zərbə ilə göndərib.
Kobel daha bir neçə dəfə komandasını xilas edib, o cümlədən Ticcani Reyndersin uzaq məsafədən vurduğu topu dəf edib.
İkinci hissədə də “Siti” üstünlüyünü davam etdirib və 57-ci dəqiqədə Foden cərimə meydançası kənarından möhtəşəm zərbə ilə dubla imza atıb.
Turnir cədvəlində 14-cü pillədə olan “Dortmund” oyunun sonlarında hücumlarını artırıb və Valdemar Anton Culian Rayersonun ötürməsini qapıya göndərərək fərqi azaldıb.
Lakin artırıln dəqiqələrdə meydana sonradan daxil olan Rayan Şerki fərqi yenidən üç topa yüksəldib — o, gözəl reyd və dəqiq zərbə ilə yekun nəticəni müəyyənləşdirib:
Man Siti 4-1 Borussiya Dortmund
Foden 22' 57'
Haland 29'
Anton 72'
Çerki 90+1'
Qollar:
https://t.me/doxsanplus/110268
https://t.me/doxsanplus/110273
https://t.me/doxsanplus/110282
https://t.me/doxsanplus/110286
"Mançester Siti" hazırda turnir cədvəlində 4-cü sırada dayanıb.