Çempionlar Liqası: Pley-off oyunları nəfəs kəsdi! 4 klub 1/8-də

Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında pley-off oyunlarının ilk günü başa çatdı və 4 klub əsas mərhələyə - 1/8 finala adladı!
90plus.az xəbər verir ki, gərgin və dramatik qarşılaşmalar futbol azarkeşlərinə unudulmaz anlar yaşatdı.
"Benfika" 3-3 "Monako" (Ümumi hesab: 4-3)
Portuqaliyanın "Benfika" klubu "Monako" ilə oyunda qələbəni qoruyub saxlaya bilmədi. İlk oyundakı üstünlüyünü davam etdirmək istəyən "Benfika" "Monako" ilə möhtəşəm qol duelinə girdi
Kerem 22'
Merino 32'
Seghir 51'
Pavlidis 76'
George 81'
Orkun Kökçü 83'
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/98182?single
https://t.me/doxsanplus/98185
https://t.me/doxsanplus/98189
https://t.me/doxsanplus/98188
https://t.me/doxsanplus/98187
İki oyunun nəticəsinə görə "Benfika" 1/8 finala adlayan tərəf oldu.
"Atalanta" 1-3 "Brügge" (Ümumi hesab: 2-5)
İtaliyanın "Atalanta" klubu evdə "Brügge"-yə məğlub olaraq turnirdən kənar qaldı. Belçika təmsilçisi iki oyunun nəticəsinə əsasən mərhələni keçməyi bacardı.
Talbi 3', 27'
Jutgla 45+3'
Lukman 46'
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/98179
https://t.me/doxsanplus/98180
https://t.me/doxsanplus/98183
https://t.me/doxsanplus/98184
Ümumi nəticə ilə "Brügge" Çempionlar Liqasının 1/8 final mərhələsinə adını yazdırdı.
"Bayern Münhen" 1-1 "Seltik" (Ümumi hesab: 3-2)
Alman nəhəngi "Bayern Münhen" evində "Seltik" ilə bərabərə qaldı. Matçın son anlarında vurulan qol oyunun dramatikliyini artırdı.
Kühn 63'
Deyvis 90+4'
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/98186
https://t.me/doxsanplus/98190
İlk oyundakı üstünlüyü sayəsində "Bayern" əsas mərhələyə yüksəldi.
NƏTİCƏ: Beləliklə, UEFA Çempionlar Liqasında pley-off görüşlərindən 4-ü başa çatdı. 1/8-ə adlayanlar:
Bayern Münhen (Almaniya);
Benfika (Portuqaliya);
Brügge (Belçika);
Feyenoord (Niderland).