Çempionlar Liqası: PSJ 1/8-də!
PSJ 1/8 finalda – “Monako” ilə dramatik heç-heçə...
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında PSJ doğma meydanda “Monako” ilə 2:2 hesablı heç-heçə edib.
İlk oyunda qazanılan qələbə sayəsində Paris təmsilçisi iki matçın nəticəsinə əsasən (5:4) üstün olaraq 1/8 finala vəsiqə qazanıb.
Görüşdə hesabı 45-ci dəqiqədə Akliuş açıb. 58-ci dəqiqədə Kulibali qırmızı vərəqə alaraq meydandan qovulub və “Monako” azlıqda qalıb. PSJ bundan istifadə edərək 60-cı dəqiqədə Markinyosun, 66-cı dəqiqədə isə Kvaratsxeliyanın qolları ilə önə keçib. Lakin qonaqlar 90+1-ci dəqiqədə J. Tezenin qolu ilə hesabı bərabərləşdiriblər.
Buna baxmayaraq, ümumi hesab Paris klubunun xeyrinə olduğu üçün PSJ növbəti mərhələyə yüksəlib:
PSJ 2 - 2 Monako
Ümumi hesab: 5:4
Akliouche 45’
Markinyos 60'
K. Kvaratsxeliya 66’
J. Teze 90+1’
Qollar:
https://t.me/doxsanplus/114791
https://t.me/doxsanplus/114793
https://t.me/doxsanplus/114794
https://t.me/doxsanplus/114797
Fransa çempionunun 1/8 finaldakı rəqibi ya “Barselona”, ya da “Çelsi” olacaq.
© Copyright 2026, All Rights Reserved