Çempionlar Liqası: “Qalatasaray” mübarizəyə son dedi!
“Liverpul” geridönüş etdi, "Qalatasaray" Çempionlar Liqasında mübarizəni dayandırdı.
90plus.az xəbər verir ki, “Liverpul” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Qalatasaray”ı böyük hesabla məğlub edərək 1/4 finala yüksəlib.
İlk oyunda 0:1 hesabı ilə uduzan Arne Slotun komandası “Enfild”də möhtəşəm oyun nümayiş etdirərək 4:0 qalib gəlib və ümumi hesabda 4:1 hesablı qələbə ilə növbəti mərhələyə adlayıb.
Matçın ilk hissəsində “Liverpul” tam üstün oynasa da, yalnız bir qol vura bilib. 25-ci dəqiqədə künc zərbəsindən sonra Aleksis Mak Allisterin ötürməsini Dominik Soboslai cərimə meydançasının kənarından bir toxunuşla qapının aşağı küncünə göndərərək hesabı açıb.
“Liverpul” ilk hissədə çoxlu qol şansı yaratsa da, Məhəmməd Salah bir neçə epizodda qapıçı Uğurcan Çakırı keçə bilməyib. Hətta birinci hissənin əlavə vaxtında Salah penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
İkinci hissənin əvvəlində isə İngiltərə təmsilçisi oyunun taleyini həll edib. 51-ci dəqiqədə sürətli hücumun sonunda Hüqo Ekitike boş qapıya topu göndərərək komandasını ümumi hesabda önə çıxarıb. Bundan cəmi bir neçə dəqiqə sonra Rayan Qravenberx cərimə meydançası kənarından güclü zərbə ilə hesabı 3:0 edib.
60-cı dəqiqədən sonra isə Məhəmməd Salah fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib – 4:0. Bu qol Salah üçün Çempionlar Liqasında 50-ci qol olub və o, bu göstəriciyə çatan ilk afrikalı futbolçu kimi tarixə düşüb.
Beləliklə, “Liverpul” 4:0 hesablı qələbə ilə Çempionlar Liqasının 1/4 finalına yüksəlib. Komanda bu mərhələdə PSJ ilə qarşılaşacaq:
Liverpul 4 - 0 Qalatasaray
(Ümumi: 4-1)
D. Soboslai 25’
H. Ekitike 51’
R. Qravenberx 53’
M. Salah 62’
Qollar:
https://t.me/doxsanplus/115474
https://t.me/doxsanplus/115476
https://t.me/doxsanplus/115477
Qeyd: “Liverpul” tarixində üçüncü dəfə pley-off mərhələsində ilk oyunda məğlub olduqdan sonra mərhələ adlamağı bacarıb. Bundan əvvəl İngiltərə klubu 2007-ci ildə “Çelsi”yə və 2019-cu ildə “Barselona”ya qarşı bunu bacarmışdı.